“Milli uşaq
mahnıları bazasından səmərəli istifadə edilmir”
ELS-Müstəqil Araşdırmalar Mərkəzi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari il iyunun 1-dən həyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirib.
Tədbiri açan
layihənin rəhbəri İradə Yaqubova
mövcud milli uşaq mahnıları bazasından hazırda
səmərəli istifadə edilməməsi, onların səsləndirilməməsi
və təbliğ olunmaması nəticəsində bu boşluğun
böyüklər üçün
yazılmış mahnılarla doldurulması ilə nəticələnməsi, uşaqlar üçün mahnıların
yazılmasının gəlirli olmaması səbəbindən
bəstəkarların bu sahəyə, yəni
yeni mahnıların və ya
köhnə mahnıların müasir aranjimanda yazılmasına həvəslərinin
xeyli azalmasını qeyd
edib. Digər tərəfdən
ELS-in 2011-ci ilin yanvar ayından bugünədək
apardığı araşdırmalar zamanı gənc və
yaşlı nəsil tərəfindən incəsənətin
müstəsna rola malik
olması, uşaqların təlim-tərbiyəsində və
formalaşmasında uşaq
mahnılarının zəruri olması müəyyənləşdirilib.
“Uşaq üçün
ilk günündən dünyaya
bələdçi rolunu oynayan
mahnıların, onun fiziki,
əqli və mənəvi cəhətdən inkişafına
və dünyagörüşünə bilavasitə təsir
edən uşaq mahnılarının bəstələnməsi,
yayılması və populyarlaşdırılması məsələlərinin həllinə
yönəldilmiş müsabiqələr, yeni
aranjimanda yazılmış uşaq mahnılarının diskləri və
“minusovka”larının buraxılışı həyata
keçirilməlidir və bu məsələdə
dövlət qurumlarının dəstəyi vacibdir”
- deyə layihə rəhbəri əlavə edib. İ.Yaqubova layihə
çərçivəsində uşaq
mahnılarının bəstələnməsi müsabiqəsinin
keçirilməsinin nəzərdə tutulduğunu
qeyd etdi. Məqsəd uşaq
mahnılarının yazılmasına müasir
bəstəkarların marağını oyatmaq,
gənc bəstəkarları cəlb etmək, müasir
dövrə həmahəng və bugünkü
uşaqlara maraqlı olan
uşaq mahnılarının yaradılmasına
təkan verməkdir. Təqdimat mərasimində
müsabiqə ilə bağlı incəsənət xadimlərindən-Azərbaycan
Dövlət Konservatoriyasının prorektoru
Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban
Əhmədova, şairlər Baba Vəziroğlu,
professor Minarə Dadaşova,
Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, Əməkdar incəsənət
xadimi Şeyx Əbdül
Mahmudbəyov, yazıçı Gülzar
İbrahimova və layihənin rəhbəri
İradə Yaqubovadan ibarət münsiflər
heyəti formalaşdı. Oqtay Zülfüqarov və Gülnaz
Abdullazadə münsiflər heyətinə həmsədr
seçildilər. Qeyd edək ki, müsabiqədə peşəkarlarla
yanaşı, həvəskar bəstəkar və şairlər
də iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan
mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi,
dostluğu və sair
mənəvi keyfiyyətləri əhatə etməlidir. Təqdim
olunan mahnılar müsabiqəyə qədər
heç yerdə səslənməməlidir.
Mahnı deviz altında not,
audio yazı və yaxud
canlı ifanın video və audio yazı şəklində təqdim oluna bilər. Təqdim olunan
mahnıların münsiflər heyətində
baxılması zamanı müəllifin anonimliyinə tam zəmanət verilir.
Qaliblərin obyektiv şəkildə təyin
olunması üçün seçilmiş mahnılar sosial
şəbəkələrdə səsverməyə
çıxarılacaq. Müsabiqənin qaliblərinin
mükafatlandırılması nəzərdə tutulub və qalib
mahnılar müsabiqənin yekun konsertində
səsləndiriləcək. Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər
müsabiqənin Təşkilat Komitəsinə təqdim
olunmalıdır. Mərasimdə onu da qeyd etdilər ki, müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmayacaq.
Xəyalə
GÜNƏŞ
Palitra.- 2013.- 8 iyun.-S.15.